100 minlik oğurluq edən qadına qəti cəza təyin edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

100 minlik oğurluq edən qadına qəti cəza təyin edildi

100 minlik oğurluq edən qadına qəti cəza təyin edildi

O, 103,650 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Bakı Apellyasiya Məhkəməsində Səkinə Məmmədovanın (1967-ci il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Səkinə Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək, ümumilikdə 103,650 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Onun qanunsuz hərəkətləri barədə zərərçəkənlərin şikayəti əsasında Nərimanov RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. Barəsində axtarış elan olunan S.Məmmədova RPİ Cinayət-axtarış şöbəsi əməkdaşları tərəfindən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən həm zərərçəkənlər, həm də S.Məmmədova apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işi araşdırıb və şikayətləri təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *