Xaçmaz sakini ikinci dəfə özünü bıçaqladı
Bu gün axşam saatlarında Xaçmazda bıçaqlanma hadisəsi baş verib.
AzNews.info-nun ANS-ə istinadən məlumatına görə, Xaçmaz şəhər sakini 26 yaşlı İsmayıl Valeh oğlu İlyasov ağır bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.
Bıçaq yarası onun qarın boşluğunda daxilə keçdiyindən həkimlər dərhal yaralının üzərində əməliyyat aparıblar. Hazırda vəziyyətinin ağır stabil olduğu bildirilir.
Bıçaqlanan 26 yaşlı gəncin əsəb xəstəsi olduğu deyilir. Bu səbəbdən İsmayılın öz-özünü bıçaqladığı bildirilir. Onun atası Valeh İlyasov da deyilənləri təsdiqləyib:
“Bəli əsəbləri xəstədir bu adamın. Evdə olan məsələdir. Hirslənib soxub bıçağı”.
Xaçmaz Polis Şöbəsindən də anoloji cavab verilib. 26 yaşlı İsmayıl İlyasov özü-özünə xəsarət yetirib. Bu onun öz-özünə törətdiyi ikinci bıçaqlanma hadisəsidir. Fakt araşdırılır.
Mənbə:> ANSPRESS