Ucarda vəhhabi falçı xalasını bıçaqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Ucarda vəhhabi falçı xalasını bıçaqladı

Ucarda vəhhabi falçı xalasını bıçaqladı


Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb.

Kənd sakini 29 yaşlı Abdulrəhmanov Ruslan Mövlud oğlu xalası 50 yaşlı Qafarova Məlahət Zeynal qızını bıçaqlayıb. Qarın nahiyəsindən çoxsaylı bıçaq zərbəsi almış M.Qafarova təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır qiymətləndirir.

R.Abulrəhmanov Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

İlkin məlumata görə, hadisəyə səbəb M.Qafarovanın falçılıq etməsi, vəhhabi olan R.Abulrəhmanovun isə buna qarşı çıxmasıdır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *