Sabiq məmurun qətlində təqsirləndirilən qadının məhkəməsi başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Sabiq məmurun qətlində təqsirləndirilən qadının məhkəməsi başladı

Sabiq məmurun qətlində təqsirləndirilən qadının məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Xalidə İsgəndərovanın (1969-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az xəbər verir ki, ötən il avqustun 31-i axşam saat 21 radələrində Nizami rayonu, Babək prospektindəki 17 saylı evin yaxınlığında Füzuli İsgəndərovun (1964-cü il təv.) amansızlıqla öldürülməsi faktı ilə əlaqədar səhərisi gün onun həyat yoldaşı Xalidə İsgəndərova həbs edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 19 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib.

Cinayət işi üzrə istintaqın aparılması Nizami rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğuna verilib. İlkin məlumata görə, həmin axşam evə qayıdan F.İsgəndərov özünə məxsus qaraja yaxınlaşan zaman yoldaşı ona bir neçə bıçaq zərbəsi endirib, daha sonra isə onun boğazını kəsib.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan edilib. Müdafiə tərəfinin vəkilləri cinayət işinin materialları ilə tanış olmadıqlarına görə məhkəmədən vaxt istəyiblər, bu səbəbdən hazırlıq iclası təxirə salınıb və noyabrın 2-nə təyin edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *