Suriyalılar Avropaya 20 tonn marixuana keçirmək istəyiblər
Avropa Birliyinə 231,7 mln dollar dəyərində 20,5 ton marixuana keçirməyə cəhd edən 10 suriyalı həbs edilib.
Bu barədə Oxu.Az Daily Mail nəşrinə istinadən xəbər verir.
Məlumata əsasəb, İtaliya və Fransa polisi Aralıq dənizində Kuk adaları dövlət bayrağı altında üzən “Yupiter” adlı ticarət gəmisini saxlayıblar.
Polis nümayəndəsi bildirib ki, narkotik vasitələri məharətlə yük yerində, yüzlərlə ton mərmər plitələrin altında, gəminin ikiqat döşəməsinin arasına gizlədilib.
Nəşrin məlumatına görə, xüsusi əməliyyat qrupu 97 metr uzunluğu və 16 metr enliyi olan gəmidə 15 gün axtarış aparıblar.
Mənbə:> Oxu.Az