Ermənistanda Rövşən Lənkəranskiyə qarşı tədbir tökürlər
Ermənistan paytaxtı İrəvanda çox sayda "qanuni oğru"nun iştirakı ilə "sxodka" keçirilir. "Oğru sammiti"ndə əsasən Rusiya və ABŞ-dan "oğru"lar iştirak edirlər. Son 7 gündə İrəvana bu ölkələrdən "oğru"lar gəlməkdə davam edir. Onları əsasən Proşyan küçəsində yerləşən obyektlərdə görürlər.
"Sxodka"nın təşəbbüskarı Armen Kazaryan olub. Pzo ləqəbli "qanuni oğru" yenicə ABŞ-dan qayıdıb.
"Sxodka" iştirakçıları barədə məlumat az olsa da, bəzi mənbələr oraya tanınmış erməni "oğru" Andranik Soqoyanın dəvət edildiyini bildirir. Ancaq "Zap" ləqəbi ilə tanınan və həbsdən yeni çıxan Soqoyan hansısa səbəbdən "sxodka"da iştirak etməyib.
Xatıradaq ki, ötən il İrəvanda keçirilən "sxodka"da azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski ilə bağlı qərar qəbul edilmiş, ancaq daha sonra klanlar arasında yaranan fikir ayrılığı səbəbindən qərar qüvvəyə minməmişdi.
Mənbə:> Cebhe.info