İtaliyada mafiya başçısını çimərlikdə həbs etdilər
İtaliya polisi axtarışda olan və ölkənin 100 ən təhlükəli cinayətkarlarından biri sayılan Cüzeppe Ammendolanı Torvaynik çimərliklərinin birində həbs edib. Saxlanılan zaman o müqavimət göstərməyib.
Oxu.Az The Local-a istinadən xəbər verir ki, Cüzeppe Ammendola dələduzluq, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqda ittiham olunur.
Balaca Peppe ləqəbli Cüzeppe, neapolitan mafiyasına daxil olan “Kamorra” ailəsinin başçısıdır.
O 2012-ci ildən axtarışda olmağına baxmayaraq ailəsi ilə birlikdə Torvaynikdə istirahət edirdi.
Mənbə:> Oxu.Az