Milyarder narkobaron yenə də türmədən qaçdı
Meksikalı narkobaron “El Çapo” (Balaca) ləqəbli Xoakin Qusman Loera türmədən qaçıb.
Oxu.Az xəbər verir ki, bu barədə Associated Press yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Narkobaron 1993-cü ildə həbs edilərək 20 il müddətinə azadlıqdan məhrum edilmişdir.
2001-ci ildə Meksika höküməti onu ABŞ təhvil vermək istəyirdilər, lakin o ciddi rejimli həbsxananın bir neçə mühafizəçisini rüşvət ilə ələ alaraq türmədən qaçmışdır.
Ümumilikdə bu qaçışın təşkil edilməsində 80 nəfərin əli var idi.
“El Çapo” təkrarən 2014-cü ili fevral ayında yaxalandı. Lakin bu dəfə də onu türmədə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Loera həmçinin dünyanın ən varlı insanlarından biri sayılır. Onun 1 milyard dollara yaxın mirası var. Bir neçə il əvvəl o Forbes jurnalının dərc etdiyi dünyanın ən varlı insanları siyahısına daxil edilmişdir.
1990-cı ildən Loera Meksikanın ən iri narkokarteli “Sinaloa”ya başçılıq edir. “EL Çapo” ABŞ və Meksikanın ən çox axtarılan cinayətkarlarından biridir. ABŞ onun həbs ediməsinə kömək olacaq hər-hansı bir məlumata görə 5 milyon dollar mükafat təyin edib.
Mənbə:> Oxu.Az