DİN: Azərbaycanda “vorzakon” və “narkobaron”ların kökü kəsilib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

DİN: Azərbaycanda “vorzakon” və “narkobaron”ların kökü kəsilib

DİN: Azərbaycanda “vorzakon” və “narkobaron”ların kökü kəsilib


Daxili İşlər Nazirliyi Bakıda “narkobaron” bıçaqlanması ilə bağlı mətbuatda yayılmış məlumata münasibət bildirib.

AzNews.info xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az-a açıqlamasında deyib ki, bəzi mətbuat orqanlarında “narkobaron” və ya “vorzakon” bıçaqlanması ilə bağlı yayılanlar şişirtmədir.

Rəis müavininin sözlərinə görə, Azərbaycanda cinayətkarlığa qarşı aparılan ciddi mübarizənin nəticəsidir ki, artıq ölkədə nə “narkobaron” var, nə də “vorzakon”. Onların kökü 1994-cü ildə kəsilib.

Suraxanıda baş verən hadisəyə gəlincə, E.Zahidov qeyd etdi ki, həmin rayonun polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində bir nəfərdən heroin götürülüb. Aparılan tədbirlərin davamı olaraq müəyyən edilib ki, ona narkotik maddəni satan Aydın Bağırov və onun ögey oğlu Ənvər Məmmədovdur. Onların hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.

Polisin onları yaxalayacağını hiss edib özlərinə bıçaqla xəsarət yetiriblər. Onların bütün cəhdlərinə baxmayaraq, polis onları zərərsizləşdirib. Evlərinə baxış zamanı 330 qrama yaxın heroin götürülüb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, müalicə olunurlar.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *