İşıq puluna görə həmkəndlisini güllələdi – VİDEO
Güllələnmə hadisəsi ötən gün gecə saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində qeydə alınıb.
AzNews.info Region TV-yə istinadən xəbər verir ki, həmin kəndin sakini, 31 yaşlı Amil Axundov üzərində gəzdirdiyi ov tüfəngi ilə həmkəndlisi, 44 yaşlı Züriyyət Əsgərova atəş açaraq onu ağır yaralayıb. Yaralı dərhal Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Züriyyət Əsgərovun bacısının dediyinə görə, Amil Axundov uzun müddət imiş onların evində yaşayırmış. Göyçayda olan qardaşı Züriyyət yaşamaq üçün öz doğma ocaqlarına gəlib. 200 manat işıq pulu borcunun olduğunu biləndə Amilə həmin pulun köçürülməsini bildirir. Bununla da həmkəndlilər arasında yaranan münaqişə sonluqda güllələnmə ilə nəticələnir.
Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> Region TV