Ermənistanda güllələnmə
Ermənistanın paytaxtında yenə atışma olub. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı özü məlumat yayıb.
Bu dəfə hadisə Davidaşen kvartalında qeydə alınıb.
Gənc oğlan özünün ögey atası ilə mübahisə edib. Onun köməyinə dostları gəliblər. Mübahisə nəticəsində o atalığını pnevmatik silahla yaralayıb.
Məlumata görə, davaya səbəb gəncin anasının atasının dostu ilə evlənməsinə qarşı çıxması olub. Bu zəmində onlar arasında münaqişə dəfələrlə baş verib.
Görünür ki, artıq Ermənistanda küçənin ortasında baş verən bu tip hadisələr adi hala çevrilib. Belə ki, tez-tez İrəvanda, şəhərin mərkəzində atışmaların baş verməsi belə ənənə halına gəlib.
Mənbə:> ANSPRESS