Bakıda oğlan qızı döyüb burnunu qırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda oğlan qızı döyüb burnunu qırdı

Bakıda oğlan qızı döyüb burnunu qırdı


Bakıda gənc qıza qarşı daha bir vəhşilik olub. Sabunçu rayonu ərazisində gənc bir oğlan mübahisə etdiyi qızın burnunu yumruq zərbəsi ilə qırıb.

Virtualaz.org saytına istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə Sabunçu dəmiryol vağzalının yaxınlığında baş verib. Gənc bir qızla küçədə mübahisə edən oğlan ona qəfildən yumruq zərbəsi endirəndən sonra hadisə yerindən qaçıb.

Hadisə yerinə Sabunçu xətt polis şöbəsinin əməkdaşları gəlib. Burnu qırılan və qan içində olan qız dərhal 3 saylı Sabunçu rayon xəstəxanasına aparılıb.

Polis əməkdaşları hadisəni törədən şəxsi müəyyənləşdirərək saxlayıb. Məlum olub ki, bu, Orxan Qənimət oğlu Heydərov adlı paytaxt sakinidir. Polis şöbəsinə qızın valideynləri də gəlib.

Saxlanılan O.Heydərov izahatı alınandan sonra sərbəst buraxılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

Qızla oğlanın əvvəlcədən bir-birini tanıması haqda məlumat yoxdur. Oğlanın gənc qıza yolda yaxınlaşdığı və sonradan aralarında mübahisə yarandığı deyilir.

Hadisənin gedişatı isə qəribə olub. Belə ki, qızlarının döyülməsinə etiraz edən valideynlər hadisəni törədən şəxsin cəzalandırılmasını istədikləri halda sonradan bu fikirlərindən daşınıblar.

Qızın atası İntiqam Rzayev hadisədən 3 gün sonra - mayın 2-də Daxili İşlər Nazirliyinin 102 xəttinə zəng edərək qızının Sabunçu dəmiryolu vağzalının yaxınlığında naməlum avtomobil tərəfindən vurulduğunu və burnunun qırıldığını deyib.

Qızını küçənin ortasında döyən şəxsin cəzalandırılmasını istəyən atanın sonradan fikrini dəyişməsi faktı araşdıran polis əməkdaşlarını da çaşdırıb. Faktla bağlı araşdırmalar davam edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *