Sərxoş azərbaycanlı rus polisini belə “sürüdü” » AzNews.info -Xəbər portalı

Bölmə: Avto, Video

Sərxoş azərbaycanlı rus polisini belə “sürüdü” – VİDEO

Sərxoş azərbaycanlı rus polisini belə “sürüdü”


Samara vilayətinin polisi (Rusiya) bu gecə gərgin işləməli olub, iş atışmaya qədər gedib çatıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Yol Patrul xidmətinin bir neçə maşını sərxoş Azərbaycan vətəndaşını təqib etməli olub.

Diqqəti çəkən isə yolda ləngər vuran koreya avtomobili olub. Polisin saxlama barədə əmrinə məhəl qoymayan sürücü sürəti artırıb.

Bir neçə kilometr sonra Avrora küçəsində o, anidən dayanıb, avtomobilə DAM (Dövlət Avtomobil Müfəttişliyi) əməkdaşı yaxınlaşarkən isə, o yenidən qaza basaraq polisi bir neçə metr sürüyüb.

Bundan sonra yol nəqliyyat qaydalarını pozan sürücünün avtomobilinə atəş açılıb.

Araşdırmalardan sonra, polislər həmvətənimizin bir neçə dəqiqə ərzində yol nəqliyyat qaydalarını 11 dəfə pozduğunu müəyyən ediblər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *