Qurban Qurbanov qisasdan danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Qurban Qurbanov qisasdan danışdı

Qurban Qurbanov qisasdan danışdı


"İlk oyunda qalib gəlsək də cavab matçının daha çətin olacağını demişdim. Hər iki komanda bir-birini indi daha yaxşı tanıyır. Ağır oyun olacaq. Ancaq çalışacağıq ki, bu dəfə daha səhvsiz oynayaq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, uğurlu nəticə qazanaq".

ANS PRESS-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah "Dnepr"i qəbul edəcək "Qarabağ"ın çalışdırıcısı bu gün mətbuat konfransı keçirib: "Bizim üçün hər oyun vacibdi. Rəqibə Bakıda heç-heçə də sərf edə bilər. Çünki qarşıda daha iki oyunları var və onlardan da altı xal ala bilərlər. Üstəlik, onlar bizdən qisas almağa çalışacaqlar. Ona görə də futbolçularımız ideal oynamalıdılar, bu oyuna yaxşı köklənməlidilər. Rəqibin heyətində elə təhlükəli futbolçular var ki, oyunun taleyini hər an müəyyənləşdirə bilərlər. Getdikcə futbolda aqressivlik daha çox tələb olunur. Hər bir futbolçu aqressiv olmalıdır. Bəlkə də “Dnepr” futbolçuları daha aqressiv olacaq. Ancaq hər şeyin norması var. Biz də çalışacağıq ki, düzgün oyun sərgiləyək", deyə Qurbanov bildirib.

"Qarabağ"ın baş məşqçisi futbolçularının arxayınlaşmamasına çalışdığını bildirib: "Ən çox bunun üzərində çalışıram ki, futbolçularmız arxayınlaşmasınlar. Futbolçularım peşəkardı. Hansısa texniki səhvlər edə bilərlər, ancaq qeyd etdiyiniz problemlə üzləşmərik. Azarkeşlərə gəldikdə isə onlar daima bizi yaxşı dəstəkləyiblər".

“Dnepr”in baş məşqçisi Miron Markeviç də oyunla bağlı açıqlamalar verib.

"Bizim itiriləsi bir şeyimiz qalmayıb. Avroliqadakı mübarizəmizin davam etməsini istəyiriksə, qələbə qazanmalıyıq. Ona görə də sabah meydana çıxıb var gücümüzlə oynayacağıq. Neçə hücumçu ilə oynayacağımızı hələ müəyyənləşdirməmişik. Düşünürük. Biz "Qarabağ"la yanaşı, çempionatın növbəti turunda qarşılaşacağımız "Şaxtyor"la oyunu da nəzərə almalıyıq".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *