Braziliyalı ulduz "Fənərbaxça"ya gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Braziliyalı ulduz "Fənərbaxça"ya gəlir

Braziliyalı ulduz "Fənərbaxça"ya gəlir


Türkiyənin "Fənərbaxça" klubu braziliyalı ulduzu transfer etmək istəyir.

ANS PRESS-in məlumatına görə, İstanbul təmsilçisi braziliyalı futbolçu Danteni heyətinə qatmaq niyyətindədir.

Almaniyanın "Bavariya" klubunda çıxış edən 31 yaşlı təcrübəli yarımmüdafiəçi heyətə düşməkdə çətinlik çəkir. Məhz bu səbəbdən futbolçunun klubdan gedə biləcəyi güman edilir.

Gələcək mövsüm Çempionlar Liqasında uğur qazana bilmək üçün yeni heyət qurmağı istəyən "Fənərbaxça" isə futbolçu üçün "Bavariya" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Bavariya" ilə müqaviləsi davam edən Danteni digər nüfuzlu klublar da heyətinə cəlb etmək istəyir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *