"Bavariya"da ciddi itkilər
"Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Şaxtyor"la (Donetsk) cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq.
ANS PRESS-in məlumatına görə, komandanın zədəli futbolçuları Filipp Lam, Tiaqo Alkantara, Xavi Martines məşqlərə başlamalarına baxmayaraq, tam hazır olmadıqları üçün bu oyunu buraxacaqlar.
Xavi Alonso isə ilk matçda qırmızı vərəqə aldığı üçün "Şaxtyor"a qarşı matçda oynaya bilməyəcək.
Qeyd edək ki, "Bavariya" - "Şaxtyor" oyunu sabah keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada 0:0 hesablı qolsuz bərabərlik qeydə alınıb.
Mənbə:> ANSPRESS