Roberto Karlos klubdan qovuldu
Əfsanəvi braziliyalı futbolçu Roberto Karlos Türkiyədən öz ölkəsinə qayıdır.
ANS PRESS-in məlumata görə, “Sivasspor” futbol klubu braziliyalı baş məşqçi Roberto Karlosla yollarını ayırıb. Bu barədə Türkiyə mətbuatı yazıb.
Klub rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçinin məsuliyyət daşıdığını bildirib və onun istefasını qəbul edib.
Beləliklə, klubun son iclasında Roberto Karlosun müqaviləsinə xitam verilib.
“Sivasspor” hazırda Türkiyə çempionatında turnir cədvəlinin son pillələrindən birini tutur.
Qeyd edək ki, əfsanəvi braziliyalı futbolçulardan olan Roberto Karlos 2013-cü ildən "Sivasspor"u çalışdırırdı.
Mənbə:> ANSPRESS