"Liverpul"un ulduzu "Qalatasaray"a gəlir
"Liverpul"un ulduz futbolçusu "Qalatasaray" klubuna transfer ola bilər.
ANS PRESS-in məlumatına görə, Premier Liqada çıxış edən müdafiəçi Qlen Consonun klubundakı gələcəyi sual altındadır. 30 yaşındakı futbolçunun adı "Qalatasaray" və "Roma" ilə birgə çəkilir.
İngilis mətbuatının iddiasına görə, Conson mövsüm sonunda müqaviləsi bitəcəyi üçün ölkə xaricindən gələn təklifləri qiymətləndirir. Təcrübəli oyunçu üçün ən böyük namizəd Türkiyə klubudur.
Qlen Conson klubdakı gələcəyi ilə bağlı açıqlama da verib. O bildirib ki, klubumla gələcək mövsüm üçün heç bir görüşü olmayıb: "İki ay daha buradayam. Ondan sonra nə olacağını görəcəyik. O zamana qədər də çalışmalarıma davam etməliyəm", - deyə futbolçu qeyd edib.
Futbolçu ilk 11-likdə az forma geyindiyi üçün klubdan getməyə maraqlıdır. Bu mövsüm liqada yalnız 13 qarşılaşmada forma geyib. Yalnız 881 dəqiqə meydanda qalan təcrübəli oyunçu oynadığı bu müddət ərzində qol vura bilməyib.
Qeyd edək ki, "Qalatasaray" prezidentinin köməkçisi Abdurrahim Albayrak transferlər edəcəklərini bildirmişdi. Klubda uzun müddətli müvəffəqiyyət üçün plan və layihələr hazırlandığını söyləyən Albayrak transfer işləri üçün hazırlıq işləri aparıldığını qeyd etmişdi.
Mənbə:> ANSPRESS