"Çelsi" də böyük itki
İngiltərənin "Çelsi" futbol klubunun forvardı Dieqo Kosta üç oyunluq diskvalifikasiya edilib.
ANS PRESS-in məlumatına görə, buna səbəb onun "Liverpul" ilə matçda rəqib oyunçu Əmrə Cana qarşı ayağı ilə kobudluq etməsidir.
Bununla da D.Kosta sabah İngiltərə premyer liqasında "Mançester Siti"yə qarşı oyunda forma geyinə bilməyəcək.
"Stamford Bric"də baş tutan matçın ilk yarısında "Liverpul"un türk əsilli ulduz futbolçusu Emre Cana qarşı kobudluq edilib. Oyunun 11-ci dəqiqədə Koşta futbolçunun topuğa qəsdən zərbə endirib.
Bundan sonra esəblərini cilovlaya bilməyən türk əsilli futbolçu Dieqo Koştanın üzərinə getməyə çalışıb.
"Liverpul" klubundan isə həmin anda aranı qızışdırmağa və türk əsilli ulduzu təhrik etməyə çalışan Mourinyoya sərt reaksiya gəlib. Emre Can da baş məşqçiyə qarşı öz etirazlarını bildirib.
Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən matçda "Çelsi" 94-cü dəqiqədə İvanoviçin vurduğu qolla hesabda önə keçib və meydançadan qələbə ilə ayrılıb.
Mənbə:> ANSPRESS