Özgecanı öldürməkdə şübhəli bilinənlərin məhkəməsi başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Özgecanı öldürməkdə şübhəli bilinənlərin məhkəməsi başladı

Özgecanı öldürməkdə şübhəli bilinənlərin məhkəməsi başladı


Türkiyə Mərsin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı 20 yaşlı tələbə qızın zorlanaraq öldürülməsi ilə bağlı məhkəmə prosesi bu gün başlayır.

ANS PRESS-in məlumatına görə, şübhəli qismində saxlanılan 3 nəfərə ömürlük həbs cəzası istənilir. Müttəhim kürsüsündə Özgecan Aslanı öldürməkdə ittiham olunan 26 yaşlı mikroavtobus sürücüsü Sübhi Altındökən və ona yardım edən dostu və atası əyləşib. Tarsus Ədliyyəsində bu gün Özgecan prosesindən başqa məhkəmə iclası olmayacaq, bina ətrafında təhlükəsizlik tədbirləri görüləcək. Qadın haqlarını müdafiə təşkilatlarının da məhkəmə binası önündə aksiya keçirəcəyi gözlənilir.

Özgecan Aslan cinayəti bu il fevralın 11-də törədilib. Tələbə qız rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. Özgecan sürücünün üzünə gözyaşardıcı qaz sıxıb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub. Bu hadisə bütün Türkiyəni ayağa qaldırmış və bu cür halları pisləyən kütləvi etiraz aksiyaları keçirilmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *