Gənc qızı öldürən qatili elə döydülər ki...
Türkiyədə vəhşicəsinə qətl edilən Özgecan Aslanın qatilinin döyüldüyünü əks etdirən görüntü yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Mersin vilayətində Özgecan Aslanı vəhşicə öldürən Subhi Altındökenin saxlanıldığı Qaziantəp cəzaçəkmə müəssisəsində döyüldüyü bildirilir. Bu barədə Türkiyə mətbuatında xəbərlər yer alıb.
Xəbərlərdə qatilin döyülmüş vəziyyətdə çəkilmiş fotosu yayımlanıb. Sosial şəbəkədə işıq sürətilə yayılan fotoşəkil barədə hələlik rəsmi açıqlama verilməyib.
Bundan əvvəl də Subhi Altındökenin digər məhkumlar tərəfindən təzyiqə məruz qaldığı haqda xəbərlər yayılmışdı.
Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.
Mənbə:> ANSPRESS