Tarkan: "Kişiliyimdən utanıram" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maqazin, Dünya

Tarkan: "Kişiliyimdən utanıram"

Tarkan: "Kişiliyimdən utanıram"


Türkiyədə universitet tələbəsi 20 yaşlı Özgecan Aslanın öldürülməsinə etiraz etmək üçün böyük kampaniya başlayıb.

ANS PRESS-in məlumatına görə, Twitter-də "#Özgecaniçinsiyahgiy" adlı kampaniyaya start verilib. Kampaniyaya sənətçilər böyük dəstək verib. Bir çox məşhur bu gün qara geyinərək gənc qızın öldürülməsinə reaksiya göstərib.

Qətl hadisəsinə ən kəskin reaksiya Tarkandan gəlib. Pop ulduz bu gün Özgecan üçün yasda olduğunu ifadə edərək sosial şəbəkədən bunları yazıb:

"Bu gün mən də qara geyindim. Özgecan Aslan üçün yasdayam. Bu ölkədə qadına qarşı şiddət və cinayətlərə şahid olduqca içim yanır və kişiliyimdən utanıram. Qadına şiddət Türkiyənin ən böyük ayıbı və utancıdır. Türkiyə bu ləkədən ancaq hüquqla xilas ola bilər. Buradan hökumətə və səlahiyyətlilərə səslənirəm. Qadınlarımızın şiddət görməsinə, öldürülməsinə göz yummayın. Ciddi cəzalarla, qanunlarla bunun önünə keçin. Nə gözləyirsiniz?", - deyə Tarkan qeyd edib.

Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *