Prezident Özgecanın ailəsini qəbul etdi – FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kişi zorakılığının qurbanı olmuş universitet tələbəsi Özgecan Aslanın ailəsini qəbul edib.
ANS PRESS-in məlumatına görə, prezidentin rəsmi iqamətgahı Ak saraydabaş tutmuş görüşdə Özgecanın atası Mehmet Aslan, anası Songül Aslan, qardaşı Barış Aslan və bacısı Beste Aslan iştirak edib.
Mətbuata qapalı keçirilən görüşün təfərrüatları barədə jurnalistlərə açıqlama verilməyib.
Xatırladaq ki, bu il fevral ayında Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün mikro avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə göz yaşadırdıcı qaz sıxıb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.
Mənbə:> ANSPRESS