Məşhur futbolçu 15 yaşlı qıza təcavüz edib
“Sanderlend” klubunun aparıcı futbolçusu Adam Conson 15 yaşlı qıza təcavüz etməkdə ittiham olunur.
ANS PRESS-in məlumatına görə, 27 yaşlı yarımmüdfiəçi ailəli olmasına baxmayaraq qızla intim əlaqədə olub.
Arvadı Steysi Flandersin hamilə olmasından istifadə edən futbolçu fevral ayına qədər qızla görüşüb. Xanımı futbolçuya qız övladı bəxş edəndən sonra futbolçu rəfiqəsiylə münasibəti kəsib.
Bundan əsəbləşən rəfiqəsi futbolçunu məhkəməyə verib. Mayın 20-də baş tutacaq məhkəmədə Adam Consonun məsələsinə baxılacaq və futbolçunun günahkar olub-olmadığı üzə çıxacaq.
Mənbə:> ANSPRESS