Vəhşicəsinə öldürülən qıza atası mahnı bəstələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Vəhşicəsinə öldürülən qıza atası mahnı bəstələdi

Vəhşicəsinə öldürülən qıza atası mahnı bəstələdi


Türkiyədə vəhşicəsinə qətl edilən Özgecan Aslanın xatirəsinə mahnı həsr edilib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Mersin vilayətində vəhşicə öldürülən Özgecan Aslanın atası Mehmet Aslan qızının xatirəsini əbədiləşdirmək üçün “Ayrılacağam” adlı mahnı bəstələyib.

Sözləri Ahmet Selçuk İlkana aid mahnını müğənni Ebru Gündeşin oxuyacağı bildirilir. Sənətçi də bu barədə danışarkən, Özgecanı unutmadığını, ona həsr edilən mahnını sevə-sevə səsləndirəcəyini dilə gətirib.

“Bu istəyi yerinə yetirmək həm boynumun borcu, həm də şərəfdir. Özgecanın məni nə qədər sevdiyini mənə çox yazdılar. İnanın, hər zaman qəlbimdədir. Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq. Axıra qədər ailəsinin yanında olacağam”, – deyə müğənni bildirib.

Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *