Gədəbəy sakini Sumqayıta kartof gətirdi və... peşman oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Gədəbəy sakini Sumqayıta kartof gətirdi və... peşman oldu – VİDEO

Gədəbəy sakini Sumqayıta kartof gətirdi və... peşman oldu

Sumqayıtda yük maşınından xeyli miqdarda kartof oğurlanıb.

Xezerxeber.az bildirir ki, hadisə ötən gün gecə saatlarında şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Gədəbəy rayon sakini Hörmət Hüseynov satış məqsədi ilə Sumqayıta gətirdiyi 1400 kq. kartof ötən gecə naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb. Zərərçəkmiş bildirir ki, öz həyətinin məhsulunu bir günə sata bilməyib. Yük maşınını keçmiş "Şərq bazarı" adlanan ərazidə saxlayıb və evə gedib. Səhər qayıdanda isə gözlərinə inanmayıb...

Hörmət Hüseynov ona ümumilikdə 1000 manatdan çox maddi ziyan vurulduğunu deyir. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə isə silsilə oğurluq edən 2 nəfər saxlanılıb. Şəhər sakini Ellada Kərimli polis şöbəsinə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib. Mingəçevir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanılaraq istintaqa təhvil verilib. Onların ətrafında aparılan araşdırmalar zamanı törədikləri başqa cinayət əməllərinin də üstü açılıb.

Saxlanılan şəxslər oğurladıqları əşyaların bir qismini satmağa nail olsalar da, avadanlıqların bir neçəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *