Bakıda saunadan oğurluq kameralara tuş gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Bakıda saunadan oğurluq kameralara tuş gəldi – VİDEO

Bakıda saunadan oğurluq kameralara tuş gəldi

Bakıda saunadan oğurluq edən şəxs yaxalanıb.

DİN mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən saunalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər sakini Müslüm Tağıyev 18-ci Polis Bölməsinə məlumat verərək bildirib ki, saunada olduğu müddətdə paltardəyişmə otağında onun cibindən 1700 manat pul naməlum şəraitdə oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Xəyal Mustafayev saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin saunanın paltardəyişmə otağında törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb. İfadəsi zamanı X.Mustafayev törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

]

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *