Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı – FOTO

Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı


Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstanın "Rustavi2" telekanalı xəbər verir.

Bundan öncə verilən məlumatlara əsasən, daşqın qurbanlarının sayı 5-ə olub.

Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, təbii fəlakət nəticəsində paytaxt zooparkından heyvanlar qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları heyvanların tapılması istiqamətində tədbirlər görür.

10:12

Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib.

Hazırda ölənlərin sayı dəqiqləşdirilir.

Tiflisin bir neçə mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.

Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.

Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

09:48

Qonşu Gürcüstanını paytaxtı Tiflis şəhərində güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub. Ən azı üç nəfər həlak olub.

Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, onlarla insan itkin düşmüş sayılır.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, xilasedicilər iki qadının su altında qalmış evlərin birində iki qadının cəsədini aşkar ediblər. Daha bir nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb.

Tiflis xilasetmə xidmətləri son daşqının qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər.

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb.

Bundan əlavə, Tiflis sakinləri daha bir problem yaşayırlar. Şəhərdə suya qərq olmuş zooparkdan qaçan vəhşi heyvanlar gəzir. Onların arasında şir və pələnglər də var.

Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı
Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı
Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı
Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı
Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı
Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı
Tiflis su altında: Ölənlərin sayı 10-a çatdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *