Moskva aeroportlarında 77 aviareys təxirə salınıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Moskva aeroportlarında 77 aviareys təxirə salınıb

Moskva aeroportlarında 77 aviareys təxirə salınıb


Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 77 aviareys təxirə salınıb, 5 aviareys ləğv edilib.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 11.25-ə olan məlumata görə, Domodedovo aeroportunda 66 reys təxirə salınıb, 1 reys ləğv edilib.

Şeremetevo aeroportunda isə 11 reys təxirə salınıb, 4 reys ləğv edilib.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dünən 450 aviareys təxirə salınıb, 40 aviareys ləğv edilib.

Qeyd edək ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada leysan yağışlarla bağlı xəbərdarlığın müddətini uzadıb, sarı təhlükə səviyyəsi elan edib. Küləyin sürəti saniyədə 12-17 metrə çatacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *