Avtomobildə əyləşən bu sərnişinlər cərimələnəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Avtomobildə əyləşən bu sərnişinlər cərimələnəcəklər

Avtomobildə əyləşən bu sərnişinlər cərimələnəcəklər


Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib.

Aznews.info xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev lent.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir:

“Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur.

Sadəcə, bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.

K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: “Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın. Onun məsuliyyətini sürücü yalnız o halda daşıyır ki, avtomobildə təhlükəsizlik kəməri olsa da, sürücü onu çıxarsın. Bu halda sərnişini məsuliyyətə cəlb etmək olmaz. Çünki onun təqsiri deyil ki, onun yerindəki təhlükəsizlik kəmərini sürücü kəsib çıxarıb. Konstruksiyaya dəyişiklik edilməsinə, yəni təhlükəsizlik kəmərinin çıxarılmasına görə sürücü cərimə edilir və bu hallarda 150 manat miqdarında cərimə kəsilir.

Lakin təhlükəsizlik kəməri varsa və sərnişin bu kəmərdən istifadə etmirsə, bunun məsuliyyətini sərnişin daşıyır. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, həmin sərnişinlər 30 manat cərimə edilir. Ön və ya arxa oturacaq fərqi yoxdur. Bütün avtomobillərdə ön və arxa oturacaqlarda əyləşən sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. Mən sizə 80-ci illərin “VAZ” markalı avtomobilini də göstərə bilərəm ki, onun arxa oturacağında da sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Sadəcə, bizim sürücülər onu açıb çıxardırdılar. Amma bu da qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat miqdarında cərimə ediləcək”.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *