Yol polisi cərimənin məbləğini belə artırır – VİDEO
Seymur Aslanov iyul ayında təhlükəsizlik kəmərini taxmadığı üçün cərimə olunub. Elə yerindəcə protokol tərtib olunub. Amma sürücü cəriməni ödəmək üçün dəfələrlə banka müraciət etsə də onun adında heç bir cərimənin göstərilmədiyini deyiblər. İndi isə Seymur Aslanov öyrənib ki cəriməsi 40 manatdan artaraq 64 manat olub. Üstəlik avtomobilinə də həbs qoyulub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, maraqlısı budur ki, onun cəriməsi yenə də sistemdə yoxdu. O, banklar vasitəsi ilə cəriməni ödəyə bilmir.
Məsələylə bağlı yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yerindəcə yazılmış cərimələrdə bu kimi problemlər çox olur və ümumiyyətlə, cərimələrin ən qısa zamanda istənilən bankda ödənilməsi təmin edilməlidir.
Belə olan halda sürücü cəriməni 3 gün ərzində ödəyib 10 faiz güzəşt hüququndan da istifadə edə bilmir. Ekspert deyir ki, sürücü cəriməni hər hansısa bankda ödəyə bilmədikdə ona heç bir əlavə cərimə yazıla bilməz. Əgər faiz yazılıbsa belə, bu, qanunsuzdur.
Mənbə:> Oxu.az