Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto

Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək? – VİDEO

Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək?


I Avropa Oyunları zamanı paytaxt Bakıya xeyli sayda əcnəbi qonağın təşrif buyuracağı gözlənilir. Onların paytaxt ərazisində normal hərəkəti üçün xüsusi nəqliyyat xidməti və pulsuz taksilər ayrılsa da, bəziləri şəxsi digər bir qismi isə, icarə avtomillərlə Bakı küçələrində şütüməyi planlaşdırır. Əlbəttdə ki, qanunlara riayət etmək şərti ilə. Amma burada da bir sual ortaya çıxır. Əgər həmin əcnəbilər qayda pozarsa və ya onlar haqqında inzibati protokol tərtib olunarsa, bu cərimələr necə ödəniləcək?

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu işi tənzimləmək üçün müvafiq qurumların ümumi məlumat bazası yaradılmalıdır. Bundan əlavə qərb praktikasından da yararlanmaq lazımdır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev bu işdə məsuliyyətin icrası ilə məşğul olan şirkətin üzərinə düşdüyünü deyir. O bildirib ki, həmin şirkətlər icarə müqaviləsinin bir sürətini yol polisinə təqdim etməlidir. Yalnız bundan sonra həmin cərimənin ödənilməsi üçün qanuni tədbir görülə bilər. Beş gün müddətinə yol polisinə məlumat göndərilməlidir və məlumat daxil olandan 3 gün ərzində həmin protokol şəxsin iştirakı olmadan tərtib edilir, ünvana göndərilir.

Məsuliyyətin kimdə olmasından asılı olmayaraq, nəzərə almaq lazımdır ki, ödənilməyən protokollar sonda dövlət büdcəsinə ziyan vurur.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *