Təhlükəsizlik kəməri sürücüləri hansı təhlükədən qoruyur? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto

Təhlükəsizlik kəməri sürücüləri hansı təhlükədən qoruyur? – VİDEO

Təhlükəsizlik kəməri sürücüləri hansı təhlükədən qoruyur?


Bakıda “Hed Akademi”nin keçirdiyi təlimlərdə sürücülər real testlərdən keçdilər.

“Hed Akademi - Azərbaycan” şirkəti sürücülərə təhlükəsiz avtomobil idarə etməyin incəliklərini öyrətməkdə davam edir.

Aznews.info Avtosfer.az-a istinadən xəbər verir ki, budəfəki təlimlərdə 10-dan artıq sürücü, həmçinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, hüqüqşünas Ərşad Hüseynov və digər qonaqlar da işitrak ediblər.

Təlimdə “Hed Akademi”nin rəhbəri Cankat Hurmoğlu avtomobillərin texniki xarakteristikasından danışmaqla yanaşı, qənaət rejimində idarəetmədən də bəhs edib.

Cankat Hurmoğlu bildirib ki, hər bir sürücü səhər avtomobili işə salıb yola çıxmazdan əvvəl onun dörd tərəfinə nəzər salmalı, təkərlərin və işıq cihazlarının qaydasında olduğuna əmin olmalıdır.

Təhlükəsizlik kəmərinin önəmindən danışan ekspert bildirib ki, bu vasitə yol qəzasında ölüm riskini 80 faizə qədər azaldır: “Hamilə qadınların kəmər taxmaması fikri ilə razı deyiləm. Kəmər qarının alt hissəsindən keçir və uşağa ziyanı yoxdur. Bəzi sürücülər kəməri taxarkən aşağı hissədə boşluq saxlayırlar. Bu da qəza zamanı körpücük sümüyünü zədələyə bilər. Ona görə də kəməri taxarkən aradakı boşluğu götürmək lazımdır”.

Təhlükəsizlik kəmərinin əhəmiyyətini əyani şəkildə göstərmək üçün iştirakçılar “Hed Akademi”nin simulyatorunda sükan arxasına əyləşib. Təhlükəsizlik kəməri taxılmış halda simulyatorda iki dəfə dövrə vurandan sonra bildirilib ki, avtomobilin ani olaraq fırlanması nəticəsində kəmər sürücünü oturacağa sıxır və bu zaman ani fırlanma nəticəsində yerindən tərpənmək mümkün deyil. Bu baxımdan, aşan avtomobildən sağ çıxmaq şansı yalnız kəməri taxmış sürücüyə nəsib ola bilər. Kəməri taxmayan müqəvva ilə keçirilən test zamanı sükan arxasında dayanmağın mümkünsüzlüyü öz təsdiqini tapır. Belə ki, yan şüşələr açıqdırsa, sürücü oradan və ya qabaq alın şüşəsi sındığı halda həmin yerdən bayıra düşə və aşan avtomobilin altında qala bilər. Eyni zamanda, maşından yerə dəyməklə ağır zədələr almaq mümkündür.


Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *