Çəkələklə maşını idarə edən sürücülər cəzalana bilərmi? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Çəkələklə maşını idarə edən sürücülər cəzalana bilərmi?

Çəkələklə maşını idarə edən sürücülər cəzalana bilərmi?


Dövlət Yol Polisi çəkələklə nəqliyyat vasitəsini idarə edən sürücüyə qarşı heç bir cəza tətbiq edə bilməz.

Bunu Oxu.Az-a yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti qaydaları sürücünün geyiminə, o cümlədən ayaqqabısına, yaxud sürücünün üzərində olan hər hansı aksesuarlara (eynək, saat, baş geyimləri və s.) dair hər hansı tələb irəli sürmür:

“Belə bir tələb olmadığına görə sürücünün konkret vəziyyətdə geyiminə, ayaqqabısına görə saxlanılaraq məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulmur”.

Lakin ekspert də sürücülərə nəqliyyat vasitələrini idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edib:

“Yolda hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq zəruridir”.

Qeyd edək ki, bu gün DYP Azərbaycanda çəkələk geyinən sürücülərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, çəkələklərlə avtomobil idarə edən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *