“Facebook”da yeni funksiya: Videolar televizora ötürüləcək » AzNews.info -Xəbər portalı

“Facebook”da yeni funksiya: Videolar televizora ötürüləcək

“Facebook”da yeni funksiya: Videolar televizora ötürüləcək


“Facebook” sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək.

Yeni xidmətdən istifadə üçün “Chromecast” və ya “Apple TV” televizor qurğuları tələb olunur.

Oxu.Az xəbər verir ki, “ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, bu yaxınlaradək sosial şəbəkədən videonu televizor ekranına ötürmək yalnız “Apple” smartfonu və ya “Apple TV” və “Chromecast” qurğularının brauzerləri vasitəsilə mümkün idi.

Yaxın gələcəkdə bu imkanı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular da qazanacaq. Bu, eyni anda “Facebook”da xoşagələn videoya və xəbərlər lentinə baxmağa şərait yaradacaq.

Yeni xidmətin anonsu 2 ay əvvəl edilib. Oktyabrda sosial şəbəkə mütəxəssisləri xidməti nümayiş etdirərək onun yaxın vaxtlarda yeni funksiyalarla təchiz ediləcəyini bildiriblər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *