Bu da “Facebook”un “bomba”sı – VİDEO
“Faccebook” sosial şəbəkə saytı yeni tətbiqini istifadəyə verib.ANS PRESS-in məlumaıtna görə, dünyanın ən popoulyar sosial şəbəkə saytı hesab edilən “Facebook” daha çox istifadəçi cəlb etmək üçün bir sıra yeni və maraqlı tətbiqlər hazırlayır.
Şirkətin son “bomba”sı “Riff” adlı video tətbiq olub. Android və iOS platforması üçün təqdim olunan “Riff” adlı video tətbiq vasitəsilə istifadəçilər dostları ilə fərqli məkanlarda olsalar belə birlikdə video çəkməyə imkan verir.
“Riff” ən çox 20 saniyə müddətində çəkilib yayımlanır. Videonu redaktə etdikdən sonra isə teqlər əlavə edərək paylaşmaq olur.
Paylaşdığınız videonuzu izləyən yoldaşlarınızdan da eyni şəkildə video çəkib sizin videonuza əlavə edə bilir. Beləliklə, ortaya çox əyləncəli videolar çıxır.
Hazırda “Android” və “iOS” cihazlarına yüklənə bilən tətbiq “Windows Phone” istifadəçiləri üçün yayımlanmayıb.
Facebook-un yeni video tətbiqini “Android” cihazına yükləmək üçün buraya, “iOS” cihazınıza yükləmək üçün isə buraya daxil ola bilərsiniz.
Mənbə:> ANSPRESS