“Facebook”un yeni “bomba”sı
Dünyanın ən populyar sosial şəbəkə saytı olan “Facebook” çoxdandır gözlənilən yeni xidmətini istifadəyə verib.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkə nəhəngi “Messenger” tətbiqi vasitəsilə pul köçürmək imkanını yaradıb. Pul köçürmək üçün isə sadəcə tətbiqin üzərindəki “$” simvolunu seçmək kifayətdir. Yeni xidmət ilk olaraq “Mastercard”, ya da “Visa” debet kartları vasitəsilə istifadə edilə biləcək. Pulu alan şəxsin də kartı, bank hesabı olmalıdır. Göndərilən pul avtomatik həmin hesaba köçürülür.
Hələlik “Messenger” vasitəsilə istifadəsi mümkün olan xidmətin yaxın aylarda iOS, Android və kompyuterlərdən yararlanmaq imkanının olacağı gözlənilir.
Bu xidmətin Azərbaycanda da işləyib-işləməyəcəyi bəlli deyil. Çünki banklarda pul köçürülərkən komissiya pulu tutur ki, bu da “Facebook”un xidmətinə uyğun deyil. Belə ki, “Messenger” bu xidməti pulsuz olaraq təqdim edir.
Mənbə:> ANSPRESS