“Facebook”da problem yarandı
Gecə saatlarından etibarən “Facebook” sosial şəbəkəsində problemlər yaranıb.
ANS PRESS-in məlumatına görə, gecə yarısından sonra dünyanı populyar sosial şəbəkə nəhənginə giriş dayanıb. Sayta nə mobil, nə də kompyuter istifadəçiləri daxil ola bilməyib.
Bəzi sosial media mütəxəssisləri bunu saytda gedən texniki işlərlə, yeni dəyişikliklərlə əlaqələndiriblər. Lakin bu problemin yaranması istifadəçilərin narazılığına səbəb olub.
Hazırda sosial şəbəkənin "Birinci gör" (See First) xidmətini test etdiyi də yayılan xəbərlər arasındadır. Bu xidmət sayəsində istifadəçilər abunəsi olduqları şəxsin paylaşımı haqqında ilk bildirişi alanlardan olacaq.
Qeyd edək ki, sosial şəbəkə nəhəngi olan “Facebook” virtual aləmin ən öndə gedən sayt və proqramlarını satın alaraq, bir növ öz rəqiblərini azaldır. Şirkət bundan əvvəl, Mobil istifadəçilərin ən çox istifadə etdiyi “WhatsApp” messencerini, eləcə də foto və video paylaşımı üçün yaradılan “Instagram” platformasını yüksək məbləğdə satın alıb.
2004-cü ildən bəri fəaliyyət göstərən "Facebook" şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır. 1,38 milyard “Facebook” istifadəçisinin təxminən 600 milyonu “Facebook” şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur.
Mənbə:> ANSPRESS