“Facebook”dan daha bir YENİLİK » AzNews.info -Xəbər portalı

“Facebook”dan daha bir YENİLİK

“Facebook”dan daha bir YENİLİK


“Facebook” sosial şəbəkəsi şərhlərə video yerləşdirmək funksiyasını istifadəçilərin ixtiyarına verib. Bu barədə şirkətin bloqunda deyilir.

AzNews.info ictnews.az-a istinadən xəbər verir ki, layihə rəhbəri Bob Bolduinin məlumatına görə, yeni servislə bağlı ideya bu ilin fevralında 50-ci “Hackathon” tədbiri zamanı yaranıb.

Şərhlərə videonun əlavə edilməsi sosial şəbəkənin brauzer versiyasında, eləcə də “Android” və “iOS” əməliyyat sistemləri üçün əlavələrdə işləyir.

Yeni funksiya son vaxtlar vizual xidmətlərə daha çox diqqət yetirən “Facebook”un inkişaf istiqamətinə uyğundur. “Multimedia Posts” və “Live Video” servisləri ilə yanaşı, şirkət iyunda istifadəçilər üçün dairəvi panoramları dərc etmək imkanı təqdim edib.

“Cisco Visual Networking Index” proqnozuna görə, 2020-ci ilədək internetdə bütün istifadəçi trafikinin 82 faizi videonun payına düşəcək.

Həmin müddətdə internetdə hər ay ötürüləcək bütün videolara baxmaq üçün istifadəçiyə təxminən 5 milyon il lazım olacaq.

Mənbə: ICTnews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *