Bağla

AzNews.info



Bölmə: Sosial, Avto

2020-ci ildə sürücüsüz taksi xidmətindən istifadə olunacaq

2020-ci ildə sürücüsüz taksi xidmətindən istifadə olunacaq


Artıq bununla bağlı bir neçə avtomobil sınaqdan keçirilib.

2020-ci ildə Yaponiyada taksilər sürücüsüz fəaliyyət göstərəcək. ANS PRESS-in məlumatına görə, Yaponiya bunu 2020-ci ildə Tokioda keçiriləcək olimpiya və paralimpiya yarışları zamanı etmək fikrindədir.

Bu pilotsuz taksidən istifadə edənlər bir neçə şərti yerinə yetirməli olacaqlar. Belə ki, Yaponiya hökuməti pilotsuz taksidən istifadə zamanı qəza baş verərsə, bu zaman həmin şəxs məsuliyyəti öz üzərinə götürməlidir. Odur ki, nəqliyyat istifadə edən adam təhlükəsizliyini özü təmin etməlidir.

Yaponiyanın hələ ötən ilin oktyabrında "Robot Taksi İNC" şirkəti artıq bu tipli maşınların sınaqdan keçirildiyini bəyan edib. Şirkət bu ildən başlayaraq bununla bağlı servis yaradıb və oraya 50 nəfər işçi qəbul edib.

Mayın 19-da Uber taksi servisi bildirib ki, artıq özünün sürücüsüz avtomobil sınağını keçirib. O, bunu ötürücülərlə təchiz olunmuş "Ford Focus" əsasında edib ki, bu da avtomobili sürücüsüz hərəkətə gəlməsinə imkan verir.

Bundan başqa, Uberin rəqibi olan "General Motors" və "Chevrolet Bolt" da pilotsuz avtomobil sınaqdan keçirmək fikrindədir.

İndiyədək pilotsuz nəqliyyat növləri arasında bir tək təyyarələr olub. Dron, yaxud Pilotsuz uçuş aparatı — hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür.

Uçmaq üçün yaradılan bu muxtar sistemlərin məqsədlərinə insan üçün potensial təhlükəli olan missiyalar daxildir.
2020-ci ildə sürücüsüz taksi xidmətindən istifadə olunacaq

Mənbə: ANSPRESS

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *