Türkiyə silahlı pilotsuz uçuş aparatı istehsal edəcək
Türkiyə ABŞ, İsrail, Çin, İran və CAR-dan sonra dünyada silahlı pilotsuz uçuş aparatı istehsal edən 6-cı ölkə oldu.
Oxu.Az Vatan qəzetinə istinadən xəbər verir ki, bir müddət əvvəl Bayraktar TB2 dronu sınaqdan keçirilib.
Sınaqlar Türkiyənin Konya vilayətində aparılıb.
Roketsan şirkətinin istehsalı olan МАМ-1 raketi ilə təchiz olunan Bayraktar TB2 səkkiz kilometr məsafədən hədəfi yüz faiz dəqiqliklə vurub.
Mənbə:> Oxu.Az