Düşmənin daha bir pilotsuz uçan aparatı məhv edildi

Ermənistanın pilotsuz uçan aparatı məhv edilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Dekabrın 25-də 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.
Mənbə: Oxu.Az