Belçika da bunu edəcək » AzNews.info -Xəbər portalı

Belçika da bunu edəcək

Belçika da bunu edəcək


Pilotsuz təyyarələr daha bir Avropa ölkəsində leqallaşdırıla bilər.

ANS PRESS-in məlumatına görə, Fransa və Böyük Britaniyadan sonra, Belçikada da bununla bağlı işlər görülür.

Yaxın vaxtlarda bu ölkədə pilotsuz təyyarələrin sadə vətəndaşlar tərəfindən istifadəsinə icazə verilə bilər. Təyyarə və helikopter kimi, pilotsuz təyyarə də hava nəqliyyatına aid edildiyindən, sadə vətəndaşların ondan istifadə etməsi qadağandır.

Pilotsuz təyyarələrlə bağlı qanun layihəsi artıq hazırdır və Belçika kralı tərəfindən təsdiqləndikdən sonra qanun qüvvəyə minəcək. Bundan sonra belçikalılar uzaqdan idarə olunan kiçik uçan aparatlardan gündəlik həyatlarında istifadə edə biləcəklər. Lakin pilotsuz təyyarəni idarə etmək istəyən belçikalı sürücülük imtahanından keçməli, uçan aparatı təsdiqlətməli və qeydiyyatdan keçirməlidir.

Pilotsuz təyyarələrin müəyyən saatlarda və məkanlarda uçuşuna, uçuş sürətinə və digər qaydalara da əməl etmək lazım gələcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *