Cəbhədə ermənilərin vurulan silahı » AzNews.info -Xəbər portalı

Cəbhədə ermənilərin vurulan silahı – VİDEO+FOTO

Cəbhədə ermənilərin vurulan silahı


Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatı X-55 (Ptero - 5E) tipinə aiddir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dəqiqləşdirilmiş məlumata əsasən sentyabrın 15-də cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:

- Qanadların açılışı 3030 mm.

- Uzunluğu 2100 mm.

- Kreyser sürəti 85-115 km/saat

- Maksimal uçuş sürəti 180 km/saat

- Havada qalma müddəti:
elektrik mühərriki ilə 1.5 saat
benzin variantında 8 saatadək

- Maksimal uçuş məsafəsi 130 km.

- Maksimal uçuş hündürlüyü 2000 m.

- Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək

- Qalxma üsulu katapult

- Enmə üsulu paraşüt

Cəbhədə ermənilərin vurulan silahı
Cəbhədə ermənilərin vurulan silahı
Cəbhədə ermənilərin vurulan silahı


Ötən gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Cəbhədə ermənilərin vurulan silahı
Cəbhədə ermənilərin vurulan silahı



Bu ilin yanvar və iyul aylarında da cəbhə xəttində Ermənistan ordusuna məxsus PUA-lar vurulub. İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd, iyulun 7-də isə 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli PUA məhv edilib.


Bundan başqa, bu ilin yanvar ayında da Ermənistanın pilotsuz uçan aparatı məhv edilib.

Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən vurulub.


Qeyd edək ki, hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Uçmaq üçün yaradılan bu sistemlərin məqsədlərinə insan üçün potensial təhlükəli olan missiyalar daxildir. Yəni, bu mobil aparat hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *