Putinin "pul çantası" boşalır » AzNews.info -Xəbər portalı

Putinin "pul çantası" boşalır

Putinin "pul çantası" boşalır


London Rusiya rəhbərliyinin və onun yaxın ətrafının "maliyyə sirlərini" açmağa hazırdır. Qoy, Rusiya vətəndaşları öz elitası haqqında daha ətraflı məlumata sahib olsun və onları tanısın.

ANS PRESS-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Xemmond bildirib.

XİN rəhbəri deyib ki, bu addım Rusiya Federasiyası hakimiyyətinə qarşı informasiya müharibəsinin bir hissəsi olacaq: "Bu, Rusiya prezidentinin yaxın ətrafının sərvəti haqqında informasiyanın yayılması ideyası ilə əlaqədardır. Rusiyanın "təpəsində" oturanlar 1990-cı illərdən bəri dövlət aktivlərinin xaotik şəkildə kütləvi özəlləşdirməsi zamanı öz vəziyyətlərini çox yaxşılaşdırıblar."

Onun sözlərinə görə, biz Rusiyaya təzyiqi artırmaq üçün sonrakı addımları da nəzərdən keçiririk. Əsas məsələlərdən biri odur ki, biz Rusiya xalqına bu barədə əsl informasiyanı çatdıraq. Bunlar maraqlı faktlardır və əminəm ki, Rusiyada insanlar bunun üstündə düşünməyə başlayacaqlar.

F.Xemmond vurğulayıb ki, Rusiyanı yerində oturtmaq üçün Britaniya ciddi səy göstərir. Rusiyanın təcavüzkar davranışı hamıya tanışdır. Aydın xatırlatmaq lazımdır ki, bu ölkə bizim təhlükəsizliyimiz üçün əsas potensial təhlükəyə çevrilə bilər.

O deyib: "NATO Litvada, Latviyada və Estoniyada nə vaxt böyük hərbi təlimlərin keçirilməsinə hazırlaşır Ukraynada silahlı münaqişədə Rusiyanın hərəkətlərinə görə güclü əsəbilik müşahidə olunur. Rusiya lideri bizə qarşı durur, beynəlxalq qaydalar sisteminə əməl etmək niyyətində deyi. O, bu sistemi partlatmaq istəyir. Məhz Moskvanın Krımı özünə birləşdirməsi, Şərqi Ukraynada qeyri-sabitlik yaratması Şərqi Avropanın suveren dövlətlərinin təhlükəsizliyini qəti şəkildə pozur."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *