ABŞ-ın "kabus təyyarə"ləri Bakının bir addımlığında » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial, Foto

ABŞ-ın "kabus təyyarə"ləri Bakının bir addımlığında – FOTO

ABŞ-ın "kabus təyyarə"ləri Bakının bir addımlığında


"F-35"lərin quruya hücum gücü 8, strateji kəşfiyyat qabiliyyəti 3 dəfə daha çoxdur

Dünyanın ən güclü qırıcısı Azərbaycanın bir addımlığında olacaq. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ABŞ-ın hava və müdafiə sənayesi şirkəti olan "Lockheed Martin" aralarında Türkiyənin də olduğu 11 ölkəyə ümumilikdə 440 ədəd "F-35" qırıcısı satmağı planlaşdırıb.

"Reuters"in gizli aparılan danışıqlara yaxın olan qaynaqlara istinadla verdiyi məlumata görə, müqavilələrin dəyəri 4 milyard dollara yaxındır.

İddiaya görə, bu "F-35" ilə bağlı bu günə kimi olan ən böyük müqavilədir. 2006-cı ildən istehsal edilən "kabus təyyarə" adlandırılan və texnologiyanın ən son yenilikləri ilə təhciz edilən hava gəmiləri yenilənmiş forması ilə bu həftə təqdim ediləcək.

Məlumata görə, 440 təyyarə 3 partiya halında sifarişçiyə çatdırılacaq. Savaş təyyarələrinin ilk partiyası 2020-ci ildə təhvil veriləcək və dəyəri 88 milyon dollar olacaq. Ötən günlərdə "F-35" almaq istəyən 11 ölkənin nümayəndələri ABŞ-da bir araya gəliblər. Yeni hərbi qurğudan əldə etmək istəyən ölkələr arasında Azərbaycanın ən yaxın tərəfdaşı olan Türkiyədən başqa Avstraliya, Danimarka, İsrail, İtaliya, Yaponiya, Hollandiya, Cənubi Koreya, Britaniya və ABŞ-da var.

"F-35" qırıcıları üçün 2019-cu ildə orta qiymətin 85 milyon dollar olacağı, növbəti illərdə isə bu rəqəmin 80 milyona kimi düşəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp başda olmaqla bir çox mütəxəssislər tərəfindən "F-35" proqramı qiymətlərin çox yüksək olması səbəbindən tənqidlərə məruz qalıb.

"F-35"lər texniki imkanları səbəbi ilə beşinci nəsil savaş təyyarələri olaraq təqdim edilir. Türkiyənin də invertarına daxil olacaq "F-35 Lightning II" savaş təyyarəsi sinfinin ən yaxşısı kimi qiymətləndirilir.

"F-35 Lightning II" havadan havaya döyşdə 4 dəfə daha təsirlidir. O quruya hücum gücü 8 qat, strateji kəşfiyyat və havadan müdafiə qabiliyyəti 3 qat daha təsirli sistemlə təhciz edilib.

Xüsusiyyətləri:

Uzunluq: 15.67 m

Hündürlük: 4.33 m

Qanad açıqlığı: 10,65 m

Qanad sahasi: 42.7 m²

Raketləri:

Havadan Havaya

AIM-120 AMRAAM

AIM-9 Sidewinder

IRIS-T

MBDA Meteor

Havadan quruya

AGM-88 HARM

AGM-158 JASSM

Brimstone

Lockheed Martin JAGM

Storm Shadow

SOM

ABŞ-ın "kabus təyyarə"ləri Bakının bir addımlığında

Mənbə: İstiPress
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Cheap Nike running shoes, let you comfortable exercise,90 Air Max Cheap you deserve to have,Cheap Nike air what are you waiting for? Nike running shoes, cool super practical!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *