Orduya havadan hücum: itki var
Luqanskda rusiyameyilli separatçılar ilk dəfə Ukrayna ordusuna qarşı havadan hücüm edib.
ANS PRESS-in məlumatına görə, separatçı Donetsk Xalq Respublikasının qoşunu Ukrayna hərbçilərinin iki Su-25 hücum təyyarəsini vurub.
Bu barədə separatçı respublikanın Müdafiə Nazirliyinin korpus komandirinin müavini Eduard Basurin açıqlama verib.
"Bu gün 14:25-də iki Su-25 bombardmançı təyyarəsi vurulub. Onlardan biri bizim mövqelərimizə hücüm etməyə çalışdığı Çernuxino ərazisində vurulub. Hazırda təyyarə vurulan zaman xilas olan pilotun axtarışları davam edir", - deyə Basurin bildirib.
Mənbə:> ANSPRESS