“F35” qırıcıları təqdim olundu – VİDEO+FOTO
ABŞ, aralarında Türkiyənin də olduğu müttəfiqləri ilə istehsal etdiyi “F-35 Lightning II” (Şimşək II) qırıcılarını təqdim edib. ANS PRESS-in məlumatına görə, Nyu Yorkda keçirilən təqdimat mərasimində istehsalçı “Lockheed Martin” firması idarə heyətinin üzvləri və xarici media nümayəndələri iştirak ediblər.
“Lockheed Martin” strateji inteqrasiya departamentinin sədr müavini Cek R. Kraysler Türkiyənin bu təyyarədən 100 ədəd sifariş verdiyini, ilk 2 ədəddin 2018-ci ildə təhvil veriləcəyini açıqlayıb.
Tədbirdə, təyyarəni idarə edəcək pilotun 6 aylıq təlimdən keçməli olduğunu deyən firma rəsmiləri bir təyyarənin iki ilə hazırlanfığını bildiriblər. Həmçinin qeyd edilib ki, təyyarəyə aid 6 əsas hissə Türkiyədə hazırlanır.
Mənbə:> ANSPRESS