Azərbaycan yeni hərbi təyyarələr alır
Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq.
Məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq.
Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırılma müddəti və müqavilənin detalları hələ məlum deyil.
Hərbi nəqliyyat olan "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr "Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır.
Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır.
2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın "Aleniya” C-27j, ABŞ-ın "Lockheed Martin” C-130j, Braziliyanın "Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.
2015-ci ildə Səudiyyə Ərəbistanı "Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.
Mənbə:> Xeberle.com