Putin Avropanı qorxutdu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin Avropanı qorxutdu

Putin Avropanı qorxutdu


Rusiya növbəti dəfə Qərb üçün narahatlıq doğuran və Avropanı lərzəyə salacaq addım atıb. Belə ki, bu ölkənin paraşütçüləri Estoniya və Latviya sərhədində təlimə başlayıblar.

ANS PRESS-in məlumatına görə, ötən gün 2 minədək Rusiya əsgəri ölkənin qərbindəki Pskov regionunda təlim keçib. Pskov Avropa İttifaqı üzvləri olan Estoniya və Latviya ilə həmsərhəd zonada yerləşir. Fevralın 28-dək davam edəcək təlimdə 1500 əsgər paraşütdən tullanacaq və xəyali düşmənin hava bazasını tapıb məhv edəcək.

Moskva rəsmiləri bildiriblər ki, onlar paraşütçü hissələrin təftişini həyata keçirirlər.

Ümumiyyətlə, Ukrayna müharibəsi başlayandan Rusiya keçmiş sovet qonşularını və Qərbi təlatümə salan bir neçə təlim keçirib.

Xatırladaq ki, Estoniya fevralın 24-də müstəqillik gününü hərbi paradla qeyd edib. Paradda NATO texnikası və Böyük Britaniya, Niderland, İspaniya, Latviya və Litva əsgərləri iştirak ediblər.

Litva isə iki gün əvvəl bildirib ki, bu ilin sonunadək ölkədə məhdud səfərbərlik elan olunacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *